Sosial institut

Sosial və ya ictimai institut — bu və ya digər cəmiyyətə və ya bu və ya digər sosial qrupa xas olan, kollektiv şəkildə paylaşılan dəyərlərə əsaslanan və hərəkət, düşüncə və hiss üsulları kimi ümumiləşdirilən bir-biri ilə əlaqəli normalar sistemi. Sosial institutlar normalar və sosial gözləntilər əsasında qurulur və sosial həyat praktikalarını doğurur. Sosial institutlar ideyası sosial struktur anlayışı və insanların sosial mütəşəkkil fəaliyyəti ilə əlaqələndirilir [1] .

İnstitutlara xüsusi mülkiyyət, demokratiya, vətəndaşlıq, nikah, müqavilə, ailə və s. misal göstərmək olar. İnstitutlar sosial rolları müəyyən edir [1], sosial institutlarda dəyişikliklər sosial dəyişikliyin əsas meyarı hesab olunur [2] . Belə bir fikir var ki, bu və ya digər ölkədə mövcud olan sosial institutların xarakteri həmin ölkənin uzunmüddətli perspektivdə inkişafının uğur və ya uğursuzluğunu müəyyən edir.

  1. 1 2 Scott et al., 2006
  2. Гидденс, 2005

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search